525.Az

İlham Əliyev Türkiyənin yeni baş nazirinə zəng edib


 

İlham Əliyev Türkiyənin yeni baş nazirinə zəng edib<b style="color:red"></b>

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin baş naziri Əhməd Davudoğluna zəng edib.

525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Prezidentin mətbuat xidmətinə istinadən məlumatina görə, dövlət başçısı Əhməd Davudoğlunu Türkiyənin yeni baş naziri təyin edilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
 
Əhməd Davudoğlu təbrikə və diqqətə görə dövlət başçısına minnətdarlığını bildirib.
 
Telefon söhbəti zamanı prezident İlham Əliyev və baş nazir Əhməd Davudoğlu Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər. 

 





29.08.2014    çap et  çap et