525.Az

"Qarabağ"ın rəqibləri müəyyənləşdi


 

"Qarabağ"ın rəqibləri müəyyənləşdi<b style="color:red"></b>

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb.

Qol.Az-ın məlumatına görə, Fransanın Monako şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayıb.

Püşk zamanı 48 komanda hərəsində 4 klub olmaqla 12 qrupa bölünəcək. Burada ölkəmiz yalnız "Qarabağ" klubu ilə təmsil olunur. Ağdam təmsilçisi dünən Hollandiyada "Tvente" ilə 1:1 bərabərə qalmaqla tarixində ilk dəfə olaraq Avroliqanın qrup mərhələsində oynamaq hüququ qazanıb.

Son Azərbaycan çempionu dördüncü səbətdə yer alıb. Bu isə o deməkdir ki, digər üç səbətdə qərarlaşan istənilən komanda Ağdam klubuna rəqib ola bilərdi. Artıq "Qarabağ"ın rəqibləri müəyyənləşib. Qurban Qurbanovun komandası F qrupunda "İnter" (İtaliya), "Dnepr" (Ukrayna) və "Sent Etyen" (Fransa) klubları ilə mübarizə aparacaq. 

Qeyd edək ki, qrup mərhələsinin oyun cədvəli püşkdən bir saat sonra müəyyənləşəcək. Bu mərhələnin oyunları 18 sentyabr, 2-23 oktyabr, 6-27 noyabr və 11 dekabr tarixlərində keçiriləcək. 

 





29.08.2014    çap et  çap et