525.Az

Bolqarıstan Azərbaycandan təbii qaz alacaq


 

Bolqarıstan Azərbaycandan təbii qaz alacaq<b style="color:red"></b>

Bolqarıstan Azərbaycandan təbii qaz alacaq.

“APA-Economics” xəbərinə görə, bu barədə Bolqarıstanın rəhbəri Rosen Plevneliyev Türkiyənin “Anadolu” xəbər agentliyinə bildirib.
 
Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəmərlərinin əhəmiyyətindən danışan dövlət başçısı qeyd edib ki, “Şahdəniz” qaz-kondensat yatağından hasil ediləcək Azərbaycan təbii qazı bütün Avropa ölkələri üçün çox önəmlidir.
 
R. Plevneliyev bildirib ki, sentyabrın 23-24-də Bakıda Azərbaycan, Türkiyə, Yunanıstan və digər ölkələrin dövlət başçılarının görüşü keçiriləcək:

“Bu görüşdə Azərbaycan qazının Cənubi Avropaya, həmçinin Bolqarıstana nəqli müzakirə olunacaq”.

 





29.08.2014    çap et  çap et