525.Az

Bakı-Şamaxı yolunda ağır qəza: ölən var


 

Bakı-Şamaxı yolunda ağır qəza: ölən var<b style="color:red"></b> Bakı-Şamaxı yolunun 69-cu kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.
 
Lent.az-ın Fövqəladə Hallar Nazirliyin saytına istinadən məlumatına görə, Qobustan rayonu ərazisində 1934-cü il təvəllüdlü Əsgərov Tahir Məmməd oğluna məxsus "VAZ" və "NİSSAN" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı minik avtomobilinin sürücüsü aldığı ağır bədən xəsarətindən hadisə yerində vəfat edib. Yanğınsöndürən-xilasedicilər T.M.Əsgərovun cəsədini deformasiyaya uğramış avtomobildən təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyəti üzrə təhvil veriblər
 
Faktla bağlı araşdırma başlanıb.
 
 





29.08.2014    çap et  çap et