525.Az

"Sırğaya, üzüyə verməyə pul tapırlar, amma..."


 

"Sırğaya, üzüyə verməyə pul tapırlar, amma..."<b style="color:red"></b>

"İstirahət mədəniyyəti haqda qədər danışılsa da, qədər danışsam da, ancaq bu yöndə hələ elə bir ciddi, müsbət nəticə yoxdur. Bizdə həqiqətən çox ciddi şəkildə istirahət mədəniyyətinin formalaşmasına formalaşdırılmasına ehtiyac var".
 
Bu fikirləri Milli Məclisin (MM) Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli dilə gətirib. "Hesab edirəm, bu məsələ-istirahət mədəniyyəti, istirahətin təşkili bizdə nəhayət, kütləvi hal almalıdır, insanlar pul qazanmaqla yanaşı, istirahətlərini necə qurmaqları barədə ciddi düşünməlidirlər, istirahətlərini təşkil etməyə pul ayırmalıdırlar, can çəkməməlidirlər, simiclik, xəsislik etməməlidirlər.Məsələn, "Kapitalbank"ın kollektivini götürək. Görürsən, ayda bir dəfə 20 nəfər, 25 nəfər çıxırlar avtobusla, bir-birilə danışırlar, bir qismi Həmkarların vəsaiti, bir qismi öz hesablarına gedirlər, istirahət edirlər"-deyən komitə sədrinin sözlərinə görə, bundan başqa Azərbaycan Diplomatik Akademiyası-ADA bu məsələni çox yüksək səviyyədə təşkil edir: "ADA -nın kollektivi ildə iki dəfə, üç dəfə bir yerdə istirahətə, səfərə gedir.

Həmçinin
, Milli Məclis belə gedir, Prezident Administrasiyası da belə gedir. Həftəsonu deyilən tədbirlərdə, götürür 20-30 adamını, gedir, istirahət edir. Yəni, burada istirahət mədəniyyətinin formalaşmasından söhbət gedir. Bunlar az da olsa, yaxşı, müsbət nümunələrdir onları inkişaf etdirmək lazımdır. Bir hissəsi ola bilər Həmkarların hesabına olsun, bir hissəsi ola bilər adamın özünün hesabına olsun. Sırğaya, üzüyə verməyə pul tapırlar, amma gedib istirahət etməyə qarınları ağrıyır. Get, istirahət et bir az".

Komitə sədri onu da deyib ki, bizim turist müəssisələrində olan şərait Karlovo-Varının şəraitindən pis deyil. "Antalyadan, Bodrumdan pis deyil, bizim otellər, bizim şərait onlarınkından qat-qat yaxşıdır. Ancaq bununla belə, bizdə bir az kiçik ulduzlu otellər tikilməlidir ki, qiymətlər hamıya sərf etsin, yaxşı olsun. Qiymət məsələsinə gəlincə, kimsə restorana gedib yaxşıca xərcləyir, amma istirahətinə yox. Ay qardaş, ay bacı, getginən istirahət et, canına masaj çəkdir, bilim suya gir ...

Bunu da gərək biz tətbiq edək. Bu da imperativ normada olmalıdır, məcburi göndərməlidirlər, harada işləyir, Həmkarlar deməlidirlər ki, get, canına fikir ver. Biz elə öləndə gedirik həkimin üstünə.. Get istirahət et, canına, sağlamlığına fikir ver ... Amma çoxlarımız bu haqda fikirləşmirik. Bu gün turist müəssisələri boş-boşuna qalıblar. İnanın mənim ürəyim ağrıyır..."-deyə, komitə sədri daha sonra sözlərinə əlavə edib.

Kamil Həmzəoğlu

 





29.08.2014    çap et  çap et