525.Az

Nalbandyan Sarkisyanın dəvətnaməsini Ərdoğana verdi


 

Nalbandyan Sarkisyanın dəvətnaməsini Ərdoğana verdi<b style="color:red"></b> Avqustun 28-də Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğanın inauqurasiya mərasimində iştirak edən Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın yeni dövlət başçısı ilə qısamüddətli söhbəti olub.

Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, Nalbandyan fürsətdən istifadə edərək Ermənistan prezidenti Serj Sarkisyanın rəsmi səfər üçün dəvətnaməsini Ərdoğana çatdırıb.
 
Qeyd edək ki, Sarkisyan Türkiyənin yeni prezidentinin 2015-ci il aprelin 24-də qondarma “erməni soyqırımı”nın anma mərasimində iştirak etməsini arzulayır.
 





29.08.2014    çap et  çap et