525.Az

Tovuzda ailə faciəsi: iki qardaş öldü


 

Tovuzda ailə faciəsi: <b style="color:red">iki qardaş öldü</b>

Bu gün səhər saatlarında Tovuz rayonu ərazisində iki nəfərin ölümü, 3 nəfərin isə xəsarət alması ilə nəticələnmiş yol nəqliyyat hadisəsi baş verib.

Tovuz rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsindən APA-nın yerli bürosuna bildirilib ki, hadisə Bakı-Qazax magistral yolunun 433-cü kilometrliyində Tovuz rayonun Cəlili kəndi ərazisində baş verib. Gürcüstan vətəndaşı Mamuti Çamburyaninin idarə etdiyi yük avtomobili ilə Turxan Əmraslanovun idarə ediyi "Mercedes" markalı maşın toqquşub.
 
Hadisə zamanı minik maşınında olan iki qardaş - Rövşən və Samir Balayevlər dünyasını dəyişiblər. Yaralı Turxan Əmiraslanov və onun sərnişinləri Şəhriyar Nuriyevlə Qabil Vəliyev ağır bədən xəsarətləri ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
 
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

 





29.08.2014    çap et  çap et