525.Az

"Ukrayna-Rusiya sərhədində güclü nəzarət təmin edilməlidir"


 

"Ukrayna-Rusiya sərhədində güclü nəzarət təmin edilməlidir"<b style="color:red"></b> Ukrayna-Rusiya sərhədində güclü nəzarət təmin edilməlidir.
 
APA - nın İTAR - TASS-a istinadən verdiyi məlumata görə, bunu BMT baş katibi Pan Gi Mun bəyan edib.
 
Onun sözlərinə görə, Ukrayna-Rusiya sərhədinə nəzarəti təcili surətdə bərpa etmək lazımdır ki, bölgədəki gərginliyin artmasının qarşısı alınsın. Baş katib qeyd edib ki, sərhəd rayonlarındakı nəzarətsizlik üzündən Rusiyadan Ukraynaya ağır silahlar maneəsiz şəkildə keçirilir.
 
“Beynəlxalq nəzarət mexanizmi vasitəsi ilə Ukrayna-Rusiya sərhədindəki vəziyyət yaxşılaşdırılmalıdır”, - deyə o vurğulayıb.
 
Pan Gi Mun həmçinin əlavə edib ki, Ukraynada 26 oktyabr tarixində keçiriləcək parlament seçkiləri bütün ölkəni əhatə etsə, bu, birləşdirici və barışdırıcı faktor ola bilər: “Bu, bütün ölkənin sakinlərinə imkan yaradar ki, öz maraqlarının parlamentdə təmsil olunduğunu hiss etsinlər”.
 





29.08.2014    çap et  çap et