525.Az

Güclü külək və yağış gözlənilir


 

Güclü külək və yağış gözlənilir<b style="color:red"></b> Bakıda və Abşeron yarımadasında avqustun 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək .
 
Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Havanın temperaturu gecə 23-26, gündüz 28-32 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarında sabah əsasən gecə və axşam saatlarında şimşək çaxacaq, yağış yağacaq.

Qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturunun gecə 21-26, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Avqustun 29-u axşamdan 31-i axşamadək Abşeron yarımadasında və bəzi rayonlarda güclü şimal-qərb küləyi əsəcək. Əsasən gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Temperatur ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. 
 





29.08.2014    çap et  çap et