525.Az

Oğurlanan iki aylıq uşağa görə xüsusi qrup yaradıldı


 

Oğurlanan iki aylıq uşağa görə xüsusi qrup yaradıldı<b style="color:red"></b> Sumqayıtda iki aylıq körpənin oğurlanması faktı ilə bağlı xüsusi qrup yaradılıb.

Bu barədə APATV-yə Sumqayıt şəhər Polis İdarəsindən bildirilib.
 
Məlumata görə, qrupa Sumqayıt şəhər Polis İdarəsinin dörd bölməsinin hər birindən iki əməkdaş cəlb olunub.
 
Xatırladaq ki, hadisə avqustun 13-də Sumqayıt şəhərində baş verib. Sumqayıt şəhəri, 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanında yaşayan Aysel Əhmədovanın 2 aylıq körpəsi naməlum qadın tərəfindən oğurlanıb.
 
Fakta görə Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə başlanıb, istintaq tədbirləri davam etdirilir.
 





29.08.2014    çap et  çap et