525.Az

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq


 

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq<b style="color:red"></b> Azərbaycanın bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
 
Bu barədə Trend-ə "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata əsasən, qaz nəqli və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar saat 18:00-dək Qazax rayonunun bir hissəsinə, saat 21:00-dək Kürdəmir rayonunun Çöhranlı və Bağman kəndlərinə, saat 11:00-dan təmir işləri sona çatanadək isə Qaradağ rayonunun Umbakı qəsəbəsinə və Əzimkənd kəndinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.
 





29.08.2014    çap et  çap et