525.Az

ATƏT bu gün qoşunların təmas xəttində monitorinq keçirəcək


 

ATƏT bu gün qoşunların təmas xəttində monitorinq keçirəcək<b style="color:red"></b>

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 29-da Tovuz rayonu Ağdam kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və səhra köməkçisi Piter Svedberq keçirəcəklər.
 
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Jiri Aberle izləyəcək.

 





29.08.2014    çap et  çap et