525.Az

Yeni “iPhone” smartfonları sentyabrın 9-da nümayiş etdiriləcək


 

Yeni “iPhone” smartfonları sentyabrın 9-da nümayiş etdiriləcək<b style="color:red"></b> “Apple” şirkəti sentyabrın 9-da keçiriləcək tədbirə jurnalistləri dəvət edib. Tədbirdə yeni nəsil “iPhone” smartfonlarının təqdim ediləcəyi gözlənilir.
 
525.az-ın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, "biz bu haqda geniş danışmaq istəyərdik" – ağ-*boz tonda tərtib edilmiş dəvətdə belə yazılıb. Tədbir Kupertino şəhərində keçiriləcək və 9 sentyabr tarixində Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq.
 
Tədbirdə iki yeni “iPhone” smartfonu (4.7 və 5.5 düymlük diaqonala malik ekran) nümayiş etdiriləcək. Şayiələrə görə, qurğuların ekranı sapfir şüşədən hazırlanacaq, yeni “iPhone” smartfonlarının arxa panelində “Apple”ın işıq saçan loqosu ola, həmçinin qurğu “NFC” modulu ilə təchiz edilə bilər, “Lenta.ru”  yazır.
 





29.08.2014    çap et  çap et