525.Az

BMT Rusiya humanitar karvanı ilə bağlı təcili iclas keçirəcək


 

BMT Rusiya humanitar karvanı ilə bağlı təcili iclas keçirəcək<b style="color:red"></b>

BMT-nin Təhlükəsizlik Şurasında Rusiya humanitar karvanının Ukrayna sərhədini keçməsi ilə əlaqədar təcili iclas keçiriləcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, avqustun 22-də Rusiyaya məxsus ən azı 60 yük maşınından ibarət humanitar yardım karvanı Ukrayna sərhədini keçib. Bu gün axşam karvanın ilk bir neçə avtomobili Luqansk şəhərinə çatıb.
 
Avropa Birliyi və NATO Rusiyaya məxsus avtomobil karvanının sərhədi Beynəlxalq Qırmızı Xaç Komitəsi nümayəndələrinin müşayiəti olmadan keçməsini pisləyiblər.

 





22.08.2014    çap et  çap et