525.Az

Avropa Komissiyası Serbiyaya xəbərdarlıq edib


 

Avropa Komissiyası Serbiyaya xəbərdarlıq edib<b style="color:red"></b> Avropa Komissiyası Rusiya ilə ticari münasibətlərə dair AB üzvlüyünə namizəd olan ölkələrə, o cümlədən Serbiyaya xəbərdarlıq edib.
 

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Piter Stano açıqlama verib.
 
Onun sözlərinə görə, Avropa Komissiyası AB üzvlüyünə namizəd və ya tərəfdaş olan ölkələr yeni iqtisadi imkanlardan çəkinməyə çağırıb:

“Mən AB Şurasının mövqeyini təkrarlaya bilərəm. Rusiyanın tətbiq etdiyi sanksiyalardan sonra, beynəlxalq həmrəylik naminə bu ölkənin bazarına Avropa məhsullarını çıxarmaqdan çəkinsinlər. Həmçinin Serbiya və digər ölkələrin hökumətləri ilə bu istiqamətdə danışıqlar gedir. Bu diplomatik addımlar barədə əlavə məlumat verməyi məqsədəuyğun bilmirəm”.
 





22.08.2014    çap et  çap et