525.Az

Poroşenko Rusiya humanitar karvanının sərhədi keçməsini qanunsuz adlandırıb


 

Poroşenko Rusiya humanitar karvanının sərhədi keçməsini qanunsuz adlandırıb<b style="color:red"></b> Rusiyanın humanitar karvanının Ukrayna sərhədini keçməsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.
 
APA-nın məlumatına görə, bunu Ukrayna prezidenti Pyotr Poroşenko bəyan edib.
 
Ukrayna prezidenti Rusiyanı bu məsələni beynəlxalq hüquq müstəvisində həll etməyə çağırıb.
 
P. Poroşenko qeyd edib ki, Rusiyaya məxsus 100-dən çox yük maşını sərhədi Beynəlxalq Qırmızı Xaç Komitəsi nümayəndələrinin müşayiəti olmadan, habelə Ukraynanın gömrük və sərhəd xidmətlərində yoxlanılmadan keçib.
 





22.08.2014    çap et  çap et