525.Az

101 yaşlı kişi 73 ildir eyni şirkətdə işləyir


 

101 yaşlı kişi 73 ildir eyni şirkətdə işləyir<b style="color:red"></b>

Bu həftə Qerman Qoldman 101 yaşını qocalar evində yox, 73 ildir işlədiyi Şərqi Hannoverdə çıraq istehsal edən şirkətdəki həmkarlarının əhatəsində qeyd edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İkinci dünya müharibəsində ordudakı xidmətini nəzərə almasaq, o 1941-ci ildən burada çalışır. Hazırda həftədə 4 saat işləyir. O, hətta həyat yoldaşını itirdikdən sonra da işindən ayrılmayıb. “O, olduqca cəlbedici olan arvadına çox bağlı idi və o da bizim şirkətdə işləyirdi. Qadın öldü, ancaq Qerman əvvəlki işində qaldı”, - şirkətin sahibi Maks Lebersfeld deyib.

Qermanın sözlərinə görə, iş onun səhər tezdən durmasına və hərəkət etməsinə səbəb olur: “Bütün gün televizorun qarşısında oturmaq heç bir xeyir vermir”.

 





22.08.2014    çap et  çap et