525.Az

İlham və Fərizənin məzarlarının təhqiri ilə bağlı cinayə işi açılıb - Yenilənib


 

İlham və Fərizənin məzarlarının təhqiri ilə bağlı cinayə işi açılıb - <b style="color:red">Yenilənib</b>

Avqustun 21-dən 22-ə keçən gecə paytaxtın Şəhidlər xiyabanında qəbirlər üzərində təhqiredici hərəkətlərin edilməsi faktı ilə bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, cinayət işi üzrə istintaqın aparılması Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq idarəsində tapşırılıb.
 
Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

*** 14:43

“Şəhidlər Xiyabanında İlham və Fərizənin məzarına nəcis yaxılması çox güman ki, əraziyə gələn hansısa avara insanların işidir.Bu barədə bizə səhər saatlarında məlumat verilib və dərhal məzarlar təmizlənib”.
 
525.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, bunu İnterpress.az-a BŞİH-nin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov şəhid məzarlarına nəcis yaxılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
 
S.Həsənovun sözlərinə görə, ərazidə müşahidə kamerası olmadığından hadisəni kimin törətdiyi məlum deyil: “Gecə saatlarında əraziyə ancaq 2 polis əməkdaşı nəzarət edir. Görünür, bu hadisəni edən kimsə məharətlə polislərin gözündən yayına bilib”.
 
S.Həsənov hadisəni kimin törətməsinin araşdırılması ilə bağlı hələlik rəsmi qurumlara müraciət edilmədiyini vurğulayıb.
 
Qeyd edək ki, ötən gün Şəhidlər Xiyabanına gedən Əşrəf Həşimov adlı Bakı sakini İlham və Fərizənin qəbirlərinin şəkilini paylaşıb. Onun yazdığına görə, əvvəl şəkillərin üzərində boya olduğunu zənn etsə də, yaxınlaşanda bunun nəcis olduğunu görüb: "Bunun necə gözə çarpmadığını anlamadım".

 





22.08.2014    çap et  çap et