525.Az

İlk Cenevrə Konvensiyasından 150 il sonra...


 

İlk Cenevrə Konvensiyasından 150 il sonra...<b style="color:red"></b>

150 il öncə bu gün Qurudakı Silahlı Qüvvələrdə Yaralı Xəstələrin Vəziyyətinin Yaxşılaşdırılmasına dair ilk Cenevrə Konvensiyası qəbul olunub bununla da hətta müharibə dövründə belə beynəlxalq qanunda müəyyən humanizm dəyərlərinin qorunması ideyasını özündə əks etdirib. O zaman birlikdə dünya səhnəsində beynəlxalq humanitar hüququn qəbul olunmasını təmin edən İsveçrə Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti (BQXC) indi bu prinsipə ciddi əməl etməyə çağırır. Çünki dünyanın müxtəlif güşələrində bu prinsiplərin təşviqi üçün effektiv mexanizmlərə hələ ehtiyac var.

Bugünkü müharibələr XIX əsrlərin döyüşlərinə az bənzəyir. Toqquşmalar xüsusi döyüş meydanlarından əhalinin yaşadığı ərazilərə keçib. Rəqib dövlətlərin orduları arasında ənənəvi döyüşlər istisna hallardı qeyri-beynəlxalq münaqişələr adi hal alıb. İndi silahlı toqquşmaların yükü daha çox mülki şəxslərin çiyninə düşür.

Beynəlxalq humanitar hüquq da məhz bu dəyişikliyə uyğunlaşdırılıb. İkinci Dünya Müharibəsinin səbəb olduğu sarsıntı da dağıntıların təsiri altında dövlətlər düşmənçilikdə iştirak etməyən ya artıq kənarda qalan şəxslərin - yaralı xəstə əsgərlərin, müharibə məhbusları mülki şəxslərin hərtərəfli müdafiəsi ilə bağlı 1949-cu ili 4-  Konvensiyasını razılaşdırıblar. Beynəlxalq humanitar qanunun bu təməl daşına 1977 2005-ci illərdə üç protokol da əlavə olunub. Bioloji kimyəvi silahlar, kasetli bombalar şəxslərə qarşı minalar qanundan kənar elan olunub. Zəif təbəqələri müharibənin amansız qanunlarından qorumaq üçün beynəlxalq qanun vasitəsi ilə maneələr qoyulub. Bu qanunun icrasında da Beynəlxalq Cinayət Məhkəməsinin yaradılması sayəsində əsgərlərin təlim keçməsi, ciddi müharibə cinayətlərinin hüquqi təqibi kimi müəyyən tərəqqi əldə olunub. 

Bununla belə, hər gün biz dünyanın müxtəlif yerlərindən silahlı münaqişələrdə dilə gətirilməsi çətin olan sarsıntılara şahidlik edən dəhşətli şəkillər xəbərlər almaqdayıq. Əksər hallarda belə dəhşətli mənzərəyə beynəlxalq humanitar qanunların kobud şəkildə pozulması səbəb olur bizim birlikdə uğursuzluğumuzu bir daha önə çəkir. 4- Cenevrə Konvensiyasına imza atan dövlətlər 1-ci bənddə "bütün hallarda" bu Konvensiyalara "əməl etmək əməl etməni təmin etmək" haqda öhdəlik götürmüşlər. Lakin bu dövlətlər özləri vədlərinə əməl etmək üçün tələb olunan resursları verməyiblər. Beynəlxalq humanitar qanun konsepsiya olaraq effektiv icranın təşviqi üçün mexanizmlərin olmamasından əziyyət çəkir. Bu çatışmazlıq tez-tez müharibədən əziyyət çəkənlər üçün dağıntı ölüm deməkdir.

Beynəlxalq humanitar qanunun prinsipləri universal qüvvəyə malikdir. Bununla belə, bu prinsiplərin daim qüvvədə olacağına təminat olmadığı üçün daimi səy göstərmək lazımdır. Heç bir aydın cavab olmadan mütəmadi pozulan hüquq bir müddətdən sonra öz qüvvəsini itirir. Odur ki, silahlı münaqişələrin qurbanları üçün belə nəticələr barədə düşünmürlər.

Buna görə İsveçrə BQXC 2012-ci ildən bəri beynəlxalq qanuna əməl olunmasında tərəqqiyə nail olmaq üçün bütün dövlətlərlə danışıqlar aparırlar. Onların işi Qırmızı Xaç Qızıl Ayparanın 31-ci Beynəlxalq Konfransının verdiyi mandata əsaslanır. Onlar inanırlar ki, dövlətlərin beynəlxalq humanitar qanunun icrasının daha yaxşı etmək üçün lazım olan tədbirlər barədə birgə qərar vermək üçün foruma ehtiyac var. Onlar öhdəlikləri necə yerinə yetirməkləri barədə mütəmadi sistemli müzakirələr aparmalıdır. Forum dövlətlərə öhdəliklərin necə yerinə yetirilməsi sözügedən problemlərin necə həll olunması ilə bağlı ümumi mənzərənin yaranmasına kömək edərdi. Bunun əsasında dövlətlər nəhayət ki, qanunun icrasını gücləndirmək üçün addımlar atardı. Məsələn, öhdəliklərin yerinə yetirilməsi üçün tələb olunan bilik bacarıqların inkişaf etdirilməsi üçün qarşılıqlı yardım. Dövlətlər həmçinin bir-birilərini məlumatlandıra kompleks hədəfləri aradan qaldırmaq üçün daha effektiv tədbirlər haqda fikir mübadiləsi. 

Dövlətlərin forumu həmçinin hərbdə (məsələn, yeni silah texnologiyasında) gələcək inkişafa (əksinə deyil) qanunun diktə etməsini tələb edən şərtləri yarada bilərdi. Bunun üçün beynəlxalq humanitar qanunun gündəlik məsələləri üzərində müntəzəm dialoq lazımdır. Həmçinin dövlətlərin beynəlxlaq humanitar qanunun ciddi pozulmasına cavab verən, gələcəkdə belə cinayətlərin qarşısını alan dinc əhalini gələcək sarsıntılardan müdafiə edən müvafiq instrumentə malik olması da vacibdir. Belə pozuntuların səbəblərini araşdırmaq üçün mexanizm məqsədəuyğun olardı. Öz mandatlarına uyğun olaraq, İsveçrə BQXC 2015-ci ilin sonunda Cenevrədə keçiriləcək Qırmızı Xaç Qızıl Ayparanın 32-ci Beynəlxalq Konfransında belə forumun yaradılması üçün xüsusi tövsiyələr irəli sürəcək. Bu münasibətlə dövlətlər hansı addımı atacaqlarına qərar verəcək. 150 il öncə ilk Cenevrə Konvensiyasının qəbulundan bəri beynəlxalq humanitar hüquq beynəlxalq qanun-qaydanın sütununa çevrilib. Onun bəndləri bir insan kimi bizim əsas xüsusiyyətlərimizə xidmət edir: bizim humanizmimizə. Bu dəyişməz bir hüquqdur. Bu əsrlərlə ərsəyə gələn inama bizim mədəniyyətlərə söykənir. Bu mədəniyyətlərə görə müharibələrin barbarlığa yuvarlanmanın qarşısını almaq üçün qaydalar tətbiq etməliyik. Bu nailiyyətlərə səfərbər etmək sözügedən qaydalara əməl olunmasını təmin etmək üçün institusional çərçivənin yaradılması bizim nəslin üzərinə düşür. Tam effektli olmasi üçün qanunun uyğun instrumentlərə ehtiyacı var. İnsanlıq tarixində heç bir zaman bugünkü qədər məsələnin həllinə bugünkü kimi bu qədər yaxın olmamışıq. Bu imkanı yaxalamaq bizim öz əlimizdədi.

Didye Burkhalter, İsveçrə Konfederasiyasının prezidenti
Peter Maurer, Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin prezidenti

P.S. Yazı redaksiyamıza İsveçrənin Azərbaycandakı səfirliyi tərəfindən təqdim olunub
.

 





22.08.2014    çap et  çap et