525.Az

Avstraliyalıların yarıdan çoxu işdə mobil qurğulardan istifadə edir


 

Avstraliyalıların yarıdan çoxu işdə mobil qurğulardan istifadə edir<b style="color:red"></b> Avstraliyada “Microsoft” korporasiyasının sifarişi ilə “Ipsos MediaCT” marketinq agentliyi tərəfindən keçirilən sorğudan məlum olub ki, avstraliyalıların 82 faizi işdə ən azı bir internetə qoşulmuş mobil qurğudan istifadə edir.

525.az-ın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, onların arasında 76 faiz smartfondan, 45 faiz planşet kompüterdən yararlanır. Ölkədə mobil qoşulmaların sayı 31,09 milyona çatmaqla əhalinin ümumi sayını ötüb.
 
Avstraliyalıların dörddə bir hissəsi (beş il əvvəldən iki dəfə çox) iş üçün mobil qurğulardan istifadə edir. 30 faiz iş elektron poçtunu evi tərk etməzdən əvvəl yoxlayır, 23 faiz dostlarla istirahət vaxtı, 44 faiz işdən sonra evdə, 38 faiz bazar günlərində işgüzar işlərlə məşğul olur.
 
Lakin insanlar təkcə evdə çalışmır, həm də işdə istirahət edir. Belə ki, rəyi soruşulanların 53 faizi iş vaxtı kompüter və mobil qurğularda oyun oynayır, videoya baxır, internetdə alış-veriş edir, bloq və sosial şəbəkələri oxuyur. Respondentlərin 73 faizinin fikrincə, texnologiyalar həyatı asanlaşdırır.
 
Sorğu təşkilatçıları qeyd edirlər ki, bu yaxınlaradək insanların məşğuliyyəti konkret yerdən və vaxtdan asılı idi. Hazırda isə mobil qurğular müxtəlif şəraitlər və məqsədlər üçün istifadə olunur, - “Computerworld”  yazır.
 





22.08.2014    çap et  çap et