525.Az

“Münaqişələrin həlli üçün daha sərt tədbirlərə ehtiyac duyulur”


 

“Münaqişələrin həlli üçün daha sərt tədbirlərə ehtiyac duyulur”<b style="color:red"></b>

BMT İnsan Hüquqları üzrə Ali Komissarlığının rəhbəri Navi Pillay BMT Təhlükəsizlik Şurasının (TŞ) fəaliyyətini uğursuz adlandırıb.

APA-nın “Əl-Cəzirə”yə istinadən verdiyi məlumata görə, N.Pillay BMT Təhlükəsizlik Şurasını Suriya və digər münaqişələrin həllinə təsir göstərə bilməməkdə, habelə quruma üzv ölkələri milli maraqları hər şeydən üstün tutmaqda ittiham edib.
 
“Mən əminəm ki, Şuranın daha məsuliyyətli olması və fəallığı yüz minlərlə insanın həyatını xilas edə bilərdi”, - deyə o vuğulayıb.
 
Suriya, Əfqanıstan, Mərkəzi Afrika Respublikası, Konqo, İraq, Liviya, Mali, Somali, Cənubi Sudan, Ukrayna və Qəzza bölgəsindəki münaqişələrə diqqət çəkən N.Pillay onların həlli üçün daha sərt tədbirləri özündə birləşdirən qətnamənin qəbulunun vacibliyini qeyd edib.
 
BMT Təhlükəsizlik Şurasının münaqişələrin qarşısının alınması üçün istifadə etdiyi veto hüququnun qısamüddətli olduğunu vurğulayan N.Pillay bu taktikanın səmərəsiz olduğunu bildirib.

 





22.08.2014    çap et  çap et