525.Az

Qəzzada ölən uşaqların sayı 469-a çatıb


 

Qəzzada ölən uşaqların sayı 469-a çatıb<b style="color:red"></b>

Son iki gün ərzində Qəzza bölgəsində daha 9 fələstinli uşaq öldürülüb.

APA-nın BMT Xəbər Mərkəzinə istinadən verdiyi məlumata görə, İsrailin iyulda başladığı hərbi əməliyyat nəticəsində ölən uşaqların sayı 469-a çatıb.
 
YUNİSEF-in Qəzzadakı bölməsinin rəhbəri Pernilla Ayrinsayd bildirib ki, Qəzzada keçirilən hərbi əməliyyat nəticəsində ölən uşaqların sayı arta bilər. Onun sözlərinə görə, ötən müddət ərzində bölgədə 3 min uşaq yaralanıb.
 
Hazırda Qəzzada YUNİSEF-in 50 əməkdaşının çalışdığını deyən P.Ayronsayd bildirib ki, onlar uşaqlarla psixoloji iş aparırlar. Artıq 3 min uşağa yardım göstərilib.   

 





22.08.2014    çap et  çap et