525.Az

QHT və Demokratiyanın İnkişaf Mərkəzinin əməkdaşı döyülüb


 

QHT və Demokratiyanın İnkişaf Mərkəzinin əməkdaşı döyülüb<b style="color:red"></b> Avqustun 22-də axşamdan xeyli keçmiş bir qrup naməlum şəxs Naxçıvanda QHT və Demokratiyanın İnkişaf Mərkəzinə hücum edib.
 
Onlar mərkəzin əməkdaşı İlqar Nəsibovu döyüblər. Bu barədə "Turan"a Mərkəzin direktoru, İ.Nəsibovun həyat yoldaşı Məlahət Nəsibova bildirib.
 
Həyat yoldaşının bildirdiyinə görə, o, resurs mərkəzinə çağırdığı polisin köməyi ilə İ. Nəsibovu xəstəxanaya aparıb.
 
M. Nəsibova hadisə barədə yerli hüquq-mühafizə orqanlarına məlumat verdiyini bildirib.

Lent.az
 





22.08.2014    çap et  çap et