525.Az

ABŞ: "Girovlara görə İŞİD-ə pul verməyəcəyik"


 

ABŞ: "Girovlara görə İŞİD-ə pul verməyəcəyik"<b style="color:red"></b> Terrorçularla heç bir halda danışıqlara getməyəcəyik və girovlara görə pul verməyəcəyik.
 
APA-nın verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət departamentinin bəyanatında deyilir.
 
Dövlət departamentinin sözçüsü Mari Harf bildirib ki, girovlara görə pul ödənilsə, ABŞ vətəndaşları daha çox oğurlanma riski ilə üz-üzə qala bilər.
 
O, İŞİD və digər silahlı qruplaşmaların tərkibində döyüşən xarici vətəndaşlar barədə danışıb:

“Orada ABŞ vətəndaşları azdır, lakin həmin qruplaşmalarda 50 ölkədən 12 minə yaxın insan döyüşür. Biz Suriya və İraqla həmsərhəd olan ölkələri bu məsələdə diqqətli olmağa çağırırıq”.
 
M.Harf Suriya və İraqla həmsərhəd olan Türkiyədə xarici vətəndaşların Avropa dövlətlərinin pasportu ilə rahat hərəkət etməsindən ciddi narahat olduqlarını dilə gətirib.
 
Amerikalı jurnalist Ceyms Folinin öldürülməsinə gəldikdə isə M. Harf qeyd edib ki, ABŞ girovları başqa yollarla azad etməyə çalışıb:

“Girovları yayın əvvəlində xüsusi əməliyyatla azad etməyi planlaşdırsaq da, heç bir əməliyyat baş tutmadı”.
 





22.08.2014    çap et  çap et