525.Az

Azərbaycanın mədəniyyət, ədəbiyyat və dövlətçilik tarixinin dünyada təbliğinə böyük töhfə


 

Azərbaycanın mədəniyyət, ədəbiyyat və dövlətçilik tarixinin dünyada təbliğinə böyük töhfə  <b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

 Azərbaycanın dahi şairi mütəfəkkiri Nizami Gəncəvinin irsinin dünya miqyasında araşdırılması təbliği istiqamətində son vaxtlar olduqca önəmli addımlar atılmaqdadır. Bəşəriyyətin yetirdiyi ən nəhəng ən parlaq dühalardan biri kimi qəbul edilən Nizaminin layiqli səviyyədə, yeni dövrün tələblərinə uyğun tədqiqinə tanıdılmasına yönələn bu addımlar, əvvəla, şairin adını yaradıcılığını yenidən bütün dünyanın diqqət mərkəzinə çıxarır. Digər tərəfdən, ədəbi irsi bütün mahiyyəti etibarilə bəşəri, dünyavi səciyyə daşıyan Nizaminin adıyla paralel olaraq, ümumən Azərbaycanın Qafqazın müxtəlif sahələrə aid aktual məsələləri gündəmə gətirilir. Bu isə, öz növbəsində, Azərbaycanın Qafqazın aparıcı ölkəsi, onun dünyaya açılan qapısı, siyasi, iqtisadi mədəni lideri olduğunu bir daha isbatlayır.  Sözügedən istiqamətdə son dərəcə gərəkli, məqsədyönlü təşəbbüslərin irəli sürülməsi həyata keçirilməsinə başlanması ilk növbədə görkəmli ədəbiyyatşünas alim, Moskva Dövlət Universitetinin Bakı Filialının rektoru, akademik Nərgiz Paşayevanın adı ilə bağlıdır. Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan Qafqazşünaslıq Elmi Mərkəzinin təşkili ilə bağlı çalışmaların praktik-əməli nəticələri ötən ilin ikinci yarısında meydana çıxmağa başladı indiyədək bununla əlaqədar həm xaricdə, həm ölkə daxilində bir neçə önəmli tədbir keçirilib. 

Bu ilin iyulunda Bakıya gələn Oksford Universitetinin alimləri ilə Azərbaycan Nazirlər Kabinetində olduqca səmərəli bir görüş gerçəkləşib. Baş nazirin müavini Elçin Əfəndiyev görüşdə dünyanın ən qədim nüfuzlu təhsil ocaqlarından biri sayılan Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılmasını Azərbaycan ədəbiyyatına mədəniyyətinə verilən çox böyük qiymət adlandırıb. Belə bir mərkəzin yaradılmasının elmi əhəmiyyətini vurğulayan Elçin Əfəndiyev bu əlamətdar hadisənin Azərbaycan dili, ədəbiyyatı, tarixi, mədəniyyəti ilə yanaşı, gələcək nəsillərin elmi potensialının zənginləşdirilməsi baxımından xüsusi önəm daşıdığını söyləyib.

Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, akademik  Nərgiz Paşayeva Oksford Universitetində yaradılmış Elmi Mərkəzin Azərbaycan ölkənin yerləşdiyi Qafqaz regionunun tarixi mədəniyyətinin araşdırılması üzrə Böyük Britaniyada təsis edilən ilk elmi tədqiqat ocağı olduğunu deyib. Oksford Universiteti ilə əməkdaşlığın uğurlu nəticələrinin olacağına inandığını qeyd edən Nərgiz Paşayeva Azərbaycan alimlərinin, şərqşünaslarının, türkoloqlarının əsərlərinin belə bir müstəvidə bu ali təhsil ocağının alimlərinə tanıdılacağından məmnunluğunu bildirib.

Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun professoru, Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutu Oksford Analitika tədqiqat mərkəzinin üzvü Edmund Herzig, Şərqşünaslıq İnstitutunun professoru Nyu-York Universitetinin Antik Araşdırmalar Mərkəzinin aparıcı elmi tədqiqatçısı Robert Hoyland, Şərqşünaslıq İnstitutunun ərəb filologiyası ərəbşünaslıq üzrə müəllimi Culyan Foltles göstərilən diqqətə görə təşəkkür ediblər. Qonaqlar Azərbaycanın elm xadimlərinin əsərlərinin tərcümə olunaraq geniş ingilisdilli auditoriyaya tanıdılmasını vacib saydıqlarını vurğulayıblar.

Həmin səfər çərçivəsində qonaqlarla daha bir görüş Moskva Dövlət Universitetinin Bakı filialında təşkil edilib. Görüşdə Filialın rektoru, akademik Nərgiz Paşayeva ilə yanaşı, Azərbaycan elmi ictimaiyyətinin nüfuzlu nümayəndələri, o cümlədən AMEA-nın prezidenti Akif Əlizadə, təhsil naziri Mikayıl Cabbarov, elm xadimləri, MDU-nun Bakı filialının müəllim tələbələri iştirak ediblər.

N.Paşayeva giriş sözündə britaniyalı alimlərin islam irsinin öyrənilməsindəki rolu haqda danışaraq bildirib ki, onların müəllifi olduğu çoxlu elmi məqalələr kitablar Oksford Universitetində, habelə digər ali məktəblərdə dərslik kimi istifadə olunur. Akademik ötən ilin oktyabrında onun Oksford Universitetinə səfəri zamanı britaniyalı alimlərin nüfuzu dəstəyi sayəsində çox mühüm sənəd-universitetin nəzdində Nizami Gəncəvi adına Azərbaycan Qafqazşünaslıq Elmi Mərkəzinin açılmasına dair memorandum imzalandığını məmnunluqla xatırladıb bunu tarixi hadisə hesab etdiyini vurğulayıb. N.Paşayevanın sözlərinə görə, bu layihə elm dünyasında təhsil sferasında layiqincə nüfuz qazanacaq. O, sözügedən elmi mərkəzə onun təşəbbüsü ilə Nizami Gəncəvinin adının verilməsini ikinci mühüm məqam adlandırıb: "Düzünü desəm, bu təklif bir çox ziddiyyətlər yarada bilərdi. Lakin hörmətli professorların həmkarların dəstəyi ilə bu Elmi Mərkəzə Nizami Gəncəvinin adı verildi. Bununla da biz yolun əsas çox çətin hissəsini keçdik. Bu yöndəki xəyallarımız, arzularımız reallığa çevrildi. Biz bununla fəxr edirik, bu bizi ruhlandırır, bizə güc verir. Layihənin əhəmiyyəti davamlı olacağı isə heç kimdə şübhə doğurmur. Nizami böyük bir dünyadır, insanlığı birləşdirməyə qadir olan böyük şəxsiyyətdir. Onun adının bu elmi mərkəzə verilməsi XXI əsrdə bölücü millətçi tendensiyalar üçün, birləşdirici amil kimi istifadə edilməlidir. Biz nümayiş etdiririk ki, Nizami Gəncədə doğulub, onun kökü azərbaycanlıdır, biz onun şeirlərində türkçülük izlərini göstəririk. Eyni zamanda biz onu da yaxşı başa düşürük qəbul edirik ki, Nizami böyük İslam mədəniyyətinə aid şəxsiyyətdir. Onu təkcə İslam deyil, həm dünya mədəniyyəti ortaya çıxarıb. Hələ XII əsrdə Nizami humanizmə, müasir dünyanın ən başlıca çağırışlarından birinə çevrilmiş tolerantlığa səsləyirdi. Nizami məhz bununla da xatırlanmalıdır, onun adı millətçi spekulyasiyalarda istifadə edilməməlidir, nizamişünaslıq isə kampaniyaya çevrilməməlidir. Bu yüksək missiya ilə alimlər məşğul olmalıdır. Bu missiya diletantların, qeyri-peşəkarların həvəskarların çiyinlərinə yüklənməməlidir, onunla elmi mərkəzlər məşğul olmalıdır. Başqa cür yanaşmaq Nizami irsinin öyrənilməsinə, Azərbaycan ədəbiyyatına elminə zərbə vura bilər. Ona görə israrla xahiş edirəm ki, burada iştirak edən alimlərin hər biri, hər bir vətəndaş bu cür hallarla barışmasın Nizaminin əsərlərinin həvəskar tərcümələrinin qarşısını almaşa çalışsın. Gərək Nizami haqda akademik əməyin məhsulu olmayan kitabların nəşrinə imkan verilməsin".

 N.Paşayeva görüşdə bir cəhəti dilə gətirib ki, Nizami adına Emi Mərkəz Oksford Universitetinin strukturu kimi fəaliyyət göstərəcək. Bu layihə çərçivəsində filologiya, şərqşünaslıq, türkologiya, tarixşünaslıq, arxeologiya, etnoqrafiya, musiqi incəsənət sahəsində araşdırmalar aparılacaq. Həmçinin mərkəz tərəfindən magistr, aspirant doktorant proqramları təsis ediləcək. Akademik Nərgiz Paşayeva mərkəzin əsas fəaliyyət istiqamətlərindən biri kimi Azərbaycan alimlərinin, nizamişünasların elmi əsərlərinin Avropa dillərinə tərcümə olunaraq dünya elminə təqdim olunacağını bildirib. O xatırladıb ki, Azərbaycan elmini təmsil edən alimlər tərəfindən ciddi araşdırmalar aparılsa da, bu araşdırmalar dünya dillərinə tərcümə edilmədiyindən nüfuzlu elmi mərkəzlər onlardan xəbərsizdir Mərkəz bu istiqamətdə səmərəli işlər görə bilər.

Oksford Universitetinin professoru Edmund Martin-Herziq çıxışında deyib ki, universitet  Nizaminin adını daşıyan Elmi Mərkəzlə birlikdə Azərbaycanda aparılmış elmi araşdırmaları tanıtmaq üçün layihələr həyata keçirəcək, tərcümələrlə məşğul olacaq. Professor Bakıdakı bu görüşün əməkdaşlığın inkişafı üçün böyük imkanlar açdığını bildirib. O, Oksford Universitetində şərqşünaslıq fakültəsinin yaranması inkişafı tarixi haqda məlumat verib, müasir dünyada bütün ölkələr cəmiyyətlər tərəfindən elmi əməkdaşlığın birgə araşdırmaların mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Professor Robert Cerard Oyland isə məlumat verib ki, hazırda Nizaminin adını daşıyan Elmi Mərkəzin fəaliyyəti dörd istiqamət üzrə təşəbbüslərə əsaslanır.Bura tələbə təqaüdlərinin ayrılması, ingilis dilinə tərcümələr, birgə seminarların keçirilməsi Azərbaycan tarixinin, mədəniyyətinin dillərinin müxtəlif aspektlərinə dair müzakirələrin, Bərdə şəhərində arxeoloji araşdırmaların aparılması daxildir: "Biz ümid edirik ki, birgə səylərlə Azərbaycan tarixinin, mədəniyyətinin tarix boyu burada danışılan insanların dillərinin öyrənilməsi sahəsində vəziyyəti müsbətə doğru dəyişə biləcəyik".

S.ABDULLAYEVA

 





21.08.2014    çap et  çap et