525.Az

"Vikipedia"dan "Land of fire Azərbaijan" təxribatı


 

"Vikipedia"dan "Land of fire Azərbaijan" təxribatı<b style="color:red"></b>

İspaniyanın "Atletiko" klubu barədə "Vikipedia"nın rus versiyasında Azərbaycana qarşı təxribata yol verilib.

Qol.Az-ın "sportnet.az"a məlumatına görə, "sponsor" bölməsində Azərbaycan bayrağının qarşısında erməni dilində sözlər yazılıb.

Daha dəqiqi, Madrid komandasının formasındakı "Azerbaijan Land of Fire" ("Odlar Yurdu Azərbaycan") ifadəsi nə ingiliscə, nə azərbaycanca, nə də rusca göstərilib. Əvəzində latın şriftləri ilə "Azerbaijan vochxarmeri yerkir" ifadəsi əksini tapıb. Bu isə ermənicədən tərcümədə "Azərbaycan - qoyunlar ölkəsi" mənasını verir.

Qeyd edək ki, "Vikipedia"nın rus bölməsi ermənilər tərəfindən idarə olunur. Bu bölmədə dəfələrlə Azərbaycanla bağlı aşağılayıcı məlumatlar yerləşdirilib.

 





21.08.2014    çap et  çap et