525.Az

Bakıda xuliqanlıq etmiş iki nəfər tutulub


 

Bakıda xuliqanlıq etmiş iki nəfər tutulub<b style="color:red"></b> Bakıda xuliqanlıq etmiş iki nəfər tutulub.

525.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 15-də Bakı şəhər sakini Kamil Abdullayevin döyülməsi və ona məxsus marketdə qaz tapançasından atəş açılması barədə verilmiş məlumatla əlaqədar Binəqədi RPİ-də cinayət işi başlanılıb.

RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Cavidan Cəbrayılzadə və qardaşı Kamran tutulub. C.Cəbrayılzadədən “Umarex” markalı qaz tapançası götürülüb.
 
Araşdırmalar davam etdirilir.
 





21.08.2014    çap et  çap et