525.Az

İsmayıllıda ağır qəza: 2 ölü, 5 yaralı


 

İsmayıllıda ağır qəza: <b style="color:red">2 ölü, 5 yaralı</b>

 İsmayıllı rayonunda ağır yol qəzası baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə avqustun 20-də saat 10 radələrində İsmayıllı rayonunun Topçu kəndində qeydə alınıb.
 
Hacıhətəmli kənd sakini İlham Azayevin idarə etdiyi “VAZ-21063” və Bakı şəhər sakini Əliağa Həsənovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub.
 
Nəticədə 1975-ci il təvəllüdlü İ.Azayev hadisə yerində dünyasını dəyişib, sərnişinləri - Bakı şəhər sakinləri Cavid Azayev, Xədicə Bağırzadə, Hacıhətəmli kənd sakini Minay Azayeva, habelə Ə.Həsənov və onun sərnişini - Bakı şəhər sakini Gülşən Şirəliyeva xəstəxanaya yerləşdirilib. 1985-ci il təvəllüdlü Cavid Azayev orada dünyasını dəyişib.
 
Qəza nəticəsində ölənlərin əminəvəsi olduqları bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.

 





21.08.2014    çap et  çap et