525.Az

İsrail Azərbaycanda keçiriləcək müdafiə sərgisinə 16 şirkətlə qatılacaq


 

İsrail Azərbaycanda keçiriləcək müdafiə sərgisinə 16 şirkətlə qatılacaq<b style="color:red"></b>  İsrail müdafiə sənayesi sentyabr ayında Bakıda keçiriləcək ADEX-2014 müdafiə sərgisində İsrail Müdafiə Nazirliyinin Beynəlxalq Müdafiə Əməkdaşlığı Agentliyinin (SİBAT) rəhbərliyi altında 16 şirkətlə qatılacaq.
 
APA-nın sərginin təşkilatçısı olan «İteca Caspian» şirkətinə istinadən verdiyi məlumata görə, sərgidə İsraili SİBAT və dünyanın böyük müdafiə şirkətləri olan «Elbit Systems», IMI, İAİ, IWI, «Rafael»-lə yanaşı, müdafiə sənayesində tanınmış «Aeronautics», «Visionmap», «ATL-Atlantic Technologies», «Camero-Tech», DSIT, «Fibrotex Tech», «İspra LTD», «Plasan», «Meprolight», «Ness Technologies» şirkətləri də təmsil edəcək.
 
APA-nın əldə etdiyi məlumata görə, İsrail şirkətləri tərəfindən ADEX-2014 sərgisində müxtəlif silah və aviasiya sistemləri, pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə vasitələri, proqramlaşdırma, maskalanma vasitələri, nəqliyyat vasitələri, elektro-optik sistemlər, mühafizə vasitələri, dəniz silah və sonar sistemləri, müxtəlif sensorlar Azərbaycanın hərbi qurumlarına təqdim ediləcək.
 





21.08.2014    çap et  çap et