525.Az

27 yaşlı qadın intihar edib


 

27 yaşlı qadın intihar edib<b style="color:red"></b>

27 yaşlı gəlinin intihar səbəbi bilinmir

Bakıda dəhşətli intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Xətai rayonu Nəsrəddin Tusi küçəsi 49 ünvanında 1987-ci il təvəllüdlü Hacıyeva Qəmər Həsən qızı özünü yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq intihar edib.
 
Bildirilir ki, dünən 27 yaşlı Q.Hacıyeva həyat yoldaşı və digər yaxın qohumları ilə paytaxtda keçirilən toy mərasimində iştirak edib. Gecə saatlarında onlar rayondan gəlmiş bir neçə qohumları ilə evə qayıdıblar. Saat 02 radələrində isə naməlum səbəblərdən Q.Hacıyeva mənzilin pəncərəsinə çıxaraq özünü atıb. Onun yaxınları 27 yaşlı Qəmərin məhz həyat yoldaşı ilə dalaşdıqdan sonra, ərinin zorakılığı nəticəsində intihar etdiyini iddia edirlər.
 
Lent.az-ın əldə etdiyi məlumata görə, gecə saatlarında intihar etmiş Q.Hacıyevanın yaxınları onun ölümünə inanmayaraq təcili olaraq 7 saylı təcili tibbi yardım stansiyasına aparıblar. Burada qadının öldüyü dəqiqləşib. Elə bu zaman Q.Hacıyevanın doğmaları ilə onun həyat yoldaşının yaxınları arasında dava-dalaş düşüb. Əraziyə cəlb edilmiş polis tərəfləri ayırıb.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. araşdırmalar aparılır.
 
Qeyd edək ki, ailənin bir azyaşlı övladı var.

 





21.08.2014    çap et  çap et