525.Az

19 yaşlı oğlan 5-ci mərtəbədən yıxılaraq ölüb


 

19 yaşlı oğlan 5-ci mərtəbədən yıxılaraq ölüb<b style="color:red"></b>

Sabirabad rayon sakini Bakıda bədbəxt hadisə nəticəsində ölüb.

Səbail Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Salyan yolu küçəsi-20 ünvanında qeydə alınıb.
 
Sabirabad rayon sakini, 1995-ci il təvəllüdlü Pünhan Müslüm oğlu Musayev işlədiyi  "Portos İnşaat" MMC-nin hazırda inşasını davam etdirdiyi 8 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində təmizlik işləri apararkən ehtiyatsızlıqdan yıxılıb.
 
P. Musayev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
 
Faktla bağlı araşdırma aparılır.

 





21.08.2014    çap et  çap et