525.Az

FİFA-dan "Barselona"ya transfer qadağası


 

FİFA-dan "Barselona"ya transfer qadağası<b style="color:red"></b>

FİFA "Barselona" klubuna yenidən transfer qadağası qoyub.

Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, Kataloniya təmilçisi 2015-ci ilin yanvar ayından etibarən iki mövsüm boyunca heç bir transfer həyata keçirə bilməyəcək.

Üstəlik "Barselona"ya 450 min isveçrə frankı, İspaniya Futbol Federasiyasına isə 500 min isveçrə frankı pul cəzası kəsilib.

Xatırladaq ki, "Barselona" klubu 18 yaşdan aşağı bəzi futbolçuların transferində qayda pozuntusuna yol verdiyi üçün FİFA daha öncə komandaya iki transfer dönəmində oyunçu almağı qadağan etmişdi. İspaniya təmsilçisinin apelyasiya şikayətindən sonra dünyanın ali futbol qurumu bu cəzanı dondurmuşdu.

 





20.08.2014    çap et  çap et