525.Az

Nazirliyin göstərişinə əməl olunmur


 

Nazirliyin göstərişinə əməl olunmur<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti havanın hərarətinin  41 dərəcədən yuxarı olduğunu nəzərə alaraq idarə, müəssisə və təşkilatlarda işçilərin həyat və sağlamlığının mühafizəsi məqsədilə açıq hava şəraitində işlərin bu gün saat 17.00-dək dayandırılması barədə aidiyyəti işəgötürənlərə verdiyi göstərişə əməl olunmur.

Modern.az xəbər verir ki, elə bu dəqiqələrdə-saat 15:22-də metronun “Gənclik” metrostansiyasının yaxınlığında, 200 saylı orta məktəbin yanında inşa olunan binanın hətta damında fəhlələr işləyir. Bundan əlavə, 5 saylı şəhər xəstəxanası ilə üzbəüzdəki yaşayış binasının ən yüksək mərtəbələrində də fəhlələrin qızmar istiyə baxmayaraq işləməkdə davam edirlər.

Dövlət  Əmək  Müfəttişliyi Xidməti bildirir ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, bütün işəgötürənlər, mülkiyyət formasından asılı olmayaraq, acıq havada və soyuducu qurğuları olmayan, örtülü yerlərdə bütün növ işləri dayandırmalı və yaxud işçilərin sərinləməsi üçün fasilələr verməlidirlər. Fasilənin sayı və müddəti  işəgötürənlə  Həmkarlar  İttifaqının  birgə qərarı əsasında müəyyən olunur. Verilmiş bütün fasilələr iş vaxtına daxil edilir və aylıq tarif maaşına hesablanır.   Əmək Məcəlləsindən irəli gələn müvafiq tələblərin yerinə yetirilməməsinə görə işəgötürənlər  İnzibati Xətalar Məcəlləsi (İXM) ilə məsuliyyətə cəlb edilirlər. İXM-nin 54-cü maddəsinə əsasən, işçilərin əməyinin mühafizəsi qaydalarının pozulmasına görə işəgötürənlərin 1000 manatdan 2000 manata qədər cərimə olunması nəzərdə tutulur. Dövlət Əmək  Müfəttişliyi Xidməti tərəfindən hazırda ölkəmizin bütün regionları, xüsusən aran zonaları üzrə bu sahədə vəziyyətə dövlət nəzarətini təmin etmək üçün işçi  qruplar yaradılıb. 

 





20.08.2014    çap et  çap et