525.Az

“TRT AVAZ”-da Qarabağla bağlı proqram yayımlanacaq


 

“TRT AVAZ”-da Qarabağla bağlı proqram yayımlanacaq<b style="color:red"></b>

“TRT AVAZ”  kanalında yayımlanan ‘’50 Dəqiqə’’  proqramının bu həftəki bölümü  Dağlıq Qarabağ  probleminə  həsr olunacaq .

TRT-nin Bakı təmsilçiliyindən Modern.az-a verilən məlumata görə proqram Azərbaycan  İctimai Televiziyası ilə ortaq yayımlanacaq.  

“50 Dəqiqə”nin bu dəfəki buraxılışında  təkcə Azərbaycanın deyil ,  bütün Türk dünyasının qanayan yarası Dağlıq Qarabağ problemi   ekspertlerin  analizi ilə  xüsusi sənədləri  müzakirə  edəcəklər. Azərbaycan- Ermənistan cəbhə xəttində son zaman baş verən atışmalar, Dağlıq Qarabağ probleminin  diplomatik  yollarla həlli, Rusiyanın problemə  yanaşması, Qarabağ probleminin Qafqaz siyasətində öz əksinin necə tapacağı kimi sualları “TRT AVAZ” studiyasında  Giresun Universitetinin Rektoru Aygün Attar cavablandıracaq.

“TRT AVAZ” studiyasında  Proqramın aparıcısı  Gökçen Oğan olacaq.  İctimai Televiziya studiyasında isə  aparıcı Orxan Cabbarlının suallarını  politoloq Elman Nəsirli və deputat Cavanşir Fevziyev  cavablandıracaq. “50 Dəqiqə” proqramı bu gün , 20 Avqust  tarixində Bakı saatı ilə   18.40-da  “TRT AVAZ” və  İctimai Televiziya kanallarında  ortaq yayımla ekranlara gələcək. 

 





20.08.2014    çap et  çap et