525.Az

Sinoptiklərdən şad xəbər var


 

Sinoptiklərdən şad xəbər var<b style="color:red"></b>

Bakıda və Abşeron yarımadasında uzun müddət hökm sürən anomal istilərdən sonra havanın temperaturu avqustun 21-dən başlayaraq enəcək.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva bildirib.

U.Tağıyeva bildirib ki, avqustun 21-dən sonra Bakı və Abşeron yarımadasında havanın temperaturu ötən günllərlə müqayisədə 4-5 dərəcə enəcək və iqlim normasına yaxınlaşacaq.

Yaxın 2-3 gün ərzində, yəni avqustun 24-dək Bakı və Abşeron yarımadasında havanın temperaturu gündüz 32-35 dərəcədən yüksək olmayacaq. Eyni zamanda şimal küləyi güclənəcək.

Avqustun 21-i, 22-si, 23-ü əsasən gecə və səhər saatlarında şimal küləyi artacaq, küləyin gücü saniyədə 15-20 metr, bəzi ərazilərdə isə 25 metr olacaq.

Azərbaycanın digər ərazilərində də havanın temperaturu enəcək.

 





20.08.2014    çap et  çap et