525.Az

AŞPA-da Azərbaycan üzrə həmməruzəçilərin hesabatı dinləniləcək


 

AŞPA-da Azərbaycan üzrə həmməruzəçilərin hesabatı dinləniləcək<b style="color:red"></b>

Sentyabrın 3-də Parisdə Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin iclası keçiriləcək.

APA-nın AŞPA-nın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, iclasda Azərbaycan üzrə həmməruzəçilər Jozef Debono Qrex və Pedro Aqramunt da iştirak edəcək.
 
Toplantıda həmməruzəçilərin 19-21 may tarixlərində Bakıya faktaraşdırıcı səfərlərinin yekunları əsasında təqdim etdikləri informasiyalar nəzərdən keçiriləcək.

 





20.08.2014    çap et  çap et