525.Az

20-dən çox rayonun qaz təchizatı məhdudlaşdırılır


 

20-dən çox rayonun qaz təchizatı məhdudlaşdırılır<b style="color:red"></b>

Bu gün Azərbaycanın bir neçə rayonunun qaz təchizatı məhdudlaşdırılacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işləri ilə əlaqədar bu gün saat 18:00-dək Qax, Goranboy, Balakən, Qobustan, Kürdəmir, Şəmkir, Qaradağ, Şamaxı, Masallı, Binəqədi, Sabunçu, Siyəzən və Xətai rayonlarına, qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, təmir-bərpa və quraşdırma işlərinin aparılması ilə əlaqədar işlər başa çatanadək Xəzər, saat 12:00-dək Oğuz, saat 12:00-dan 14:00-dək Şəki, saat 15:00-dək Qazax və Nərimanov, saat 14:00-dan işlər başa çatanadək isə Yasamal, Səbail və Nəsimi rayonlarının bir hissəsinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.

 





20.08.2014    çap et  çap et