525.Az

"Donbas" batalyonu itki verərək geri çəkilib


 

"Donbas" batalyonu itki verərək geri çəkilib<b style="color:red"></b>

“Donbas” könüllülər batalyonu şiddətli döyüşlər zamanı itki verərək İlovaysk şəhəri yaxınlığındakı döyüş mövqelərindən geri çəkilməyə məcbur olub.

APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı batalyonun mətbuat xidməti “Facebook”-dakı səhifəsində yerləşdirib. “Saat 00.00-a olan məlumata görə, “Donbas” batalyonunun döyüşçüləri İlovaysk yaxınlığında döyüş mövqeyindən geri çəkilib. Bütün gün ərzində ağır və qızğın döyüş gedib, nəticədə batalyonun xeyli sayda döyüşçüsü yaralanıb. Yaralıların sayı dəqiqləşdirilir”, deyə məlumatda bildirilir.   
 
Məlumata görə, batalyonun 4 əsgəri həlak olub: “İlovaysk yaxınlığında terrorçularla döyüşü “Şaxtyorsk” batalyonu davam etdirir: 2 nəfər həlak olub, 6 döyüşçü isə yaralanıb”, deyə məlumatda bildirilir.     

 





20.08.2014    çap et  çap et