525.Az

Elmə həsr edilmiş ömür


 

Elmə həsr edilmiş ömür<b style="color:red"></b>

Abdülbaqi Gölpınarlı elm aləminə bir-birindən sanballı  tədqiqat əsərləri ilə ədəbiyyatşünaslıq elmini zənginləşdirən alim, əsl ziyalı kimi daxil olub. Əslən azərbaycanlı olan A.Gölpınarlının fəxr ediləsi, qürur duyulası elmi irsi, nədənsə, ölkəmizdə tədqiqata cəlb edilməmişdir. Bu elm fədaisinin 114 kitabı (yazdığı, tərtib tərcümə etdiyi), 404 məqaləsi, müxtəlif mövzuda 29 əlyazması, 250 şeirindən ibarətDivanı çap olunmuşdur. Dövrünün tanınmış ziyalıları onun yaradıcılığı ilə bağlı 60-dan çox məqalə yazmışdır.  Təxminən yarıməsrlik elmi fəaliyyəti dövründə bu qədər uğur qazanmış böyük elm xadiminin mənsub olduğu xalqın iftixarına çevrilməsi onun mənəvi haqqı, onu Azərbaycan elmi pedaqoji ictimaiyyətinə tanıtmaq isə bizim vətəndaşlıq borcumuzdur.

Türk dünyası ədəbi-fəlsəfi fikrinin görkəmli nümayəndəsi, divan şeiri, təsəvvüf, təriqət məzhəblərlə bağlı apardığı çoxsaylı tədqiqatları ilə tanınan ədəbiyyat tarixçisi, yazıçı Abdülbaqi Gölpınarlı 1900- il yanvarın 12- İstanbulda anadan olmuşdur. Əsl adının Mustafa İzzət Baki olmasına baxmayaraq, valideynlərinin Abdülbaqi çağırması ilə adı bu cür qalmışdır. Atası Əhməd Agah azərbaycanlı, Gəncə yaxınlığında yerləşən Gölbulaq kəndindən, anası Aliyə Şöhrət xanım isə Qafqazəsilli udinlərdən idi. Ə. Agah  dövrünün tanınmış jurnalistlərindən olmuşTərcümani-həqiqətqəzetində müxbir kimi çalışmışdı. Jurnalistika sahəsindəki xidmətlərinə görə onamüxbirlərin şeyxiləqəbi verilmişdi.

Belə bir ziyalının ailəsində tərbiyə alan Gölpınarlı liseyin son sinfində oxuyarkən atası vəfat etdiyindən  təhsilini yarımçıq qoymaq məcburiyyətində qalır. Kitab mağazası açsa da, bu işdə uğur qazana bilmir. 1918-ci ildə bir dostunun dəvəti ilə Çorumun Alaca mahalına müəllim təyin edilir. 1923- ildə yenidən İstanbula qayıdaraq, yarımçıq qoyduğu lisey təhsilini tamamlayır.1927-ci ildə İstanbul Kişi Müəllim Məktəbini, 1930-cu ildə isə İstanbul Universitetinin ədəbiyyat fakültəsini  bitirir. Müxtəlif liseylərdə ədəbiyyat müəllimi kimi fəaliyyət göstərdikdən sonra bir vaxtlar təhsil aldığı İstanbul Universitetində kitabxana müdirinin müavini vəzifəsinə təyin edilir. 1936- ildən başlayaraq, yenidən müəllimlik fəaliyyətini davam etdirir. 1939-cu ildə Ankara Universitetinin dil tarix-coğrafya fakültəsinə dəvət alır. Orada doktor elmi dərəcəsinə yüksəlir. Türk dili ədəbiyyatından mühazirələr oxuyur. 1976- ildə verdiyi müsahibələrinin birindəYunus Əmrə, həyatı, sənəti, şeirləriadlı tədqiqatının Ankara Universitetinin dil tarix-coğrafya fakültəsində fəaliyyətə başlayarkən doktorluq işi kimi  qəbul edildiyi qeyd edilmişdir. Burada doktorluq işini müdafiə etdikdən sonra dosent vəzifəsinə irəli çəkilir. 1942-ci ildə Nazirlər Kabinetinin qərarı ilə İstanbul Universitetinə göndərilir. Orada İslam-türk təsəvvüf tarixi ədəbiyyatından mühazirələr oxuyur.

Kommunist ideologiyasını yaymaqda suçlu bilinərək,  1945-ci ildə siyasi motivlərlə həbs olunur. 10 ay həbsxana həyatından sonra bəraət alır yenidən universitetə qayıdır. 1949-cu ildə isə öz istəyi ilə təqaüdə çıxır. 25 avqust 1982-ci ildə İstanbulda vəfat edir.

Tərcümeyi-halından da göründüyü kimi, o, çox keşməkeşli, lakin zəngin bir həyat yolu keçib. 1931-ci ildə nəşr etdirdiyiMəlamilik Məlamiləradlı əsəri ilə elmi ictimaiyyətin diqqətini çəkən Gölpınarlı dövrünün bir çox qəzet jurnallarında elmi məqalələrlə çıxış edib. İslam Ensiklopediyası Türk Ensiklopediyasının hazırlanmasında da onun xidmətləri danılmazdır.

Yaradıcılığının mühüm cəhətlərindən biri yazdığı əsərlərdə tənqidi ruhun güclü olmasıdır. 1945-ci ildə qələmə aldığı, o dövrdə böyük mübahisə müzakirələrə səbəb olanDivan ədəbiyyatı bəyanındadırkitabı bunun əyani nümunəsidir.

O, yaradıcılığa 1925-ci ilin yanvarında Tədrisatməcmuəsində çap etdirdiyi  İmtahan: monoloqadlı məqaləsi ilə başlamışdır. 1976- ildə  bir müsahibəsində ilk kitabınınMüsahabati-Əxlaqiyyə olduğunu onun məktəblərdə dərs kitabı olaraq istifadə olunduğunu bildirmişdir. Tədqiqatçılar bu kitabın 1926 – ildə  çap olunduğu qənaətindədirlər. 1927-1932-ci il  tarixləri arasında çap  olunmuş kitabları, Məlamilik Məlamilər istisna olmaqla, məktəblər  üçün hazırladığı dərs kitablarıdır. Tədqiqat xarakterli kitablarının çoxu başda Mövlana olmaq üzrə Yunus Əmrə,  Pir Sultan Abdal, Şeyx Qalib, Füzuli, Nədim, Şah İsmayıl Xətai kimi görkəmli şairlərin yaşamından, əsərlərindən bəhs edən bioqrafik səciyyəli əsərlərdir.

Abdülbaqi Gölpınarlını uşaqlıq illərindən tanıyanlar, onun bir özünəməxsusluğuna da daim diqqət çəkiblər: monoton həyat tərzindən sıxılınca hər an yeni bir şey axtarıb tapmasına. Məqalələrində özü bunu qeyd edir: “Döymədiyim  qapı qalmadı. Əvvəlcə Bektaşi oldum, başqa-başqa qapıları da döydüm; Hətta bir ara dinsiz adlandırıldım ... Amma yaxşı ki, bunları etmişəm, yoxsa bugünkü səviyyəyə gələ bilməzdim...”

Daim mütaliə etmək, özündən əvvəl yaşayıb-yaratmış ustadlarından öyrənmək həvəsindən bir an belə çəkinməmişdir.Yatağa düşdüyü andan etibarən son nəfəsini verənə qədər xidmət göstərdiyi müəllimi İsmayıl Saibdən   bəhs edərkənHəyatda olsa da, dizinin dibində oturub bir şeylər öyrənsəm”- deməsi... Ömər Fəriddən söz düşəndəVaxtsız dünyasını dəyişdi, müşküllərimi həll edəcək kimsə qalmadı” – deyə heyifslənməsi bunun bariz nümunəsidir.

Dünyasını dəyişmiş müəllimlərinə həmkarlarına  sədaqəti onun ən çox təqdir olunası xüsusiyyətlərindən biridir. Elmi fəaliyyətini araşdırarkən bu da məlum olur ki, o, mərhəmət gördüyü insanların soyundan olanlara  eyni mərhəmət göstərib, həyatda olmayan müəllimlərinin  universitetlərdə oxuyan, amma  tələbə elmi işini yaza bilmədikləri üçün  məzun ola bilməyən övladlarına həmişə kömək edib.

Elmi əsərlərinin bir çoxunu da xatirini əziz saxladığı insanlara ithaf edib. Məsələn, ədəbi aləmə yaxşı məlumdur ki, Fuad Köprülü onun müəllimi olmuşdur.  1931-ci ildə nəşr etdirdiyiMəlamilik Məlamilərkitabını: “Bu əsərimi, türk ədəbiyyatı tarixinin görkəmli nümayəndəsi, gəncliyə elm yollarını göstərən çalışmaq zövqünü verən əziz ustadım professor Köprülüzadə Fuad bəy  əfəndiyə ithaf edirəmsözləri ilə başlayır. Daha sonralar isə qeyd edirdi ki, o, (Fuad Köprülü- N.M.) bizə sadəcə bir şey öyrətdi, amma çox mühüm bir şey: Metod... Köprülüzadəyə qədər metodologiyadan xəbərimiz vardı, sistemdən ... Hamımıza bunları o öyrətdi...”

Əsərlərinin həcmi  həyatını dərəcədə gərgin bir çalışma ilə keçirdiyini göstərir. Araşdırmaçı Murad Bardakçı qeyd edir ki, 1940- illərdə çap olunmuş,  xüsusilə musiqi sahəsində birinci dərəcəli qaynaq sayılan bir çox kitabın, əslində, A. Gölpınarlıya aid olduğunu bu gün sadəcə bir neçə şəxs bilir...

Türk ədəbiyyatı tarixinə bu qədər bir-birindən dəyərli əsərlər bəxş etmiş elm fədaisinin yazmaq istədiyi, amma ömrünün vəfa etmədiyi bir əsər vardı: Bəktaşilik. Yaşının 80-ni keçdiyi vaxtlarda özü bu barədə deyirdi: “Bəktaşilik üçün, ən azı beş il lazımdır. İki il əlimdəki sənədləri təsnif etmək, iki il arxivdə çalışmaq, bir il oturub yazmaq. Mənim isə bu qədər ömrüm yoxdur...”

Əsərlərinin qısa xronologiyasına diqqət yetirsək, onun qədər məhsuldar, çoxşaxəli bilgiyə malik alim olduğunun bir daha şahidi olarıq: “Məlamilik Məlamilər” (1931), “Tibb elmi məşhur həkimlərin məharətləri” (1936), “Məsnəvi” (Mövlana Cəlaləddin Rumi, 6 cild, 1942-1946), “Pir Sultan Abdal  (1953), “Divan ədəbiyyatı bəyanındadır” (1945), “Yunus Əmrə Divanı”(1943),” İlahinamə tərcüməsi” (1947), “Füzuli Divanı” (1948), “Mövlana Cəlaləddin” (1952), “Mövlanadan sonra Mövləvilik” (1953),  Nəsimi-üsulu-ruhi” (1953), “Divan şeiri” (5 kitab, XIII-XX əsrlər, 1954-1955), “Qurani Kərim tərcüməsi”(1958),  Yunus Əmrə təsəvvüf”(1961), “Nəsrəddin Xoca” (1961), “Hz. Məhəmməd hədisləri” (1962) s.

O, gənc yaşlarından şeirlər yazmış, şəkil, üslub olaraq klassik tərzi seçmişdi. Poetik yaradıcılığının təxminən yarısı təsəvvüf məzmunlu olduğundan anlaşılıb dərk edilməsi üçün gərəkli məlumata şərhə ehtiyac duyulur. Nəsrinə gəlincə, dili sadə, məzmunlu başa düşüləndir. Təhlili yazılarında belə axıcılıq, məna aydınlığı vardır. O, əsərlərində həmişə gərəkli  olanı yazmışdır. Terminləri yerində işlətmiş, cümlələrində çətin anlaşılan ifadələrə yer verməmişdir. Yaradıcılığının ən diqqət çəkən məqamlarından biri odur ki, işlətdiyi cümlələri qısa, lakonik, məntiqi təsirlidir.

Əsərlərinin təkrar-təkrar çap olunması  onun yaradıcılığına olan diqqətin bariz nümunəsidir. Tərcümə etdiyi şərh etdiyi kitablar arasında Mövlananın əsərləri önəmli bir yer tutur. Bundan başqa, Xəyyam, Hafiz digər sənətkarların əsərlərini türk dilinə tərcümə etmiş, şərhlər yazmışdır.  Biblioqrafiyasından məlum olduğu yuxarıda da qeyd etdiyimiz kimi, bu böyük ədəbiyyat tədqiqatçısının bir cismani ömrə sığışması, bəlkə , çoxları üçün təəccüblü görünəcək elmi fəaliyyəti onu mənsub olduğu millətin xidmət etdiyi dövlətin  iftixarına çevirib.

Bir vaxtlar yazdığı kitablarında adının müəllim Baki verilməsi isə onun müəllim kimi şöhrət qazanmasından, bu peşənin sahiblərinə hörmət ehtiramından irəli gəlir.

Gölpınarlı dövrünün məktəb dərslikləri yazan tanınmış simalarından biri kimi nüfuz qazanmışdır. 1928/1929-cu illərdə çap olunan Cümhuriyyət çocuğunun din dərsləriadlı kitabı  Milli Təlim Tərbiyə Dairəsinin 23 iyun 1928-ci il tarixli   88 nömrəli qərarı ilə ilk məktəblərin dördüncü kənd məktəblərinin üçüncü sinifləri üçün qəbul edilmişdir. Əlamətdar hal odur ki, 1-2 yanvar 1956 – il tarixliVətənqəzetindəKeçən ilin dünya yurd xeyrinə ən mühim hadisələr şəxsiyyətlərbaşlığı altında verilən məqalədə Abdülbaqi Gölpınarlı ədəbiyyat tarixçisi Quran mütərcimi olaraq göstərilmişdir.

Elm aləmində bu qədər xidmətləri olan həmyerlimizin Vətənində tanınmaması yaradıcılığının tədqiqata cəlb edilməməsi, heç şübhəsiz, təəssüfediləsi haldır.

Nəsrəddin MUSAYEV

 





18.08.2014    çap et  çap et