525.Az

Sərhədçilər marşı


 

Sərhədçilər marşı<b style="color:red"></b>

18 avqust Sərhəd Qoşunları günüdür.

 

Qürurumuz - müstəqil

Azərbaycan dövləti,

Ərzi gəzib dolaşır

Yurdumuzun şöhrəti.

Əzəl gündən müqəddəs

Borc bilib bu xidməti -

Keşikdəyik - Quzeydə,

Şərqdə, Qərbdə, Güneydə;

Biz Vətən qoruyuruq

Quruda, suda, göydə!

 

Hər sayıq, qoçaq əsgər,

Dəyanətli general,

İstəyir dinc yaşasın

Bütün ölkə, el, mahal.

Sönməyən çırağımız -

Düz əqidə, saf amal.

Kəsərsizdir təxribat,

Siyasi züy , küy ;

Biz Vətən qoruyuruq

Quruda, suda, göydə!

 

Fədakarlıq rəmzidir

Rütbə, nişan, fəxri ad;

Məntəqələr möhtəşəm,

Meydanlar - geniş, abad.

"Sağ ol" deyir Balakən,

Lerik, Qusar, Ordubad...

"Sağ ol" deyir qocaman

Babadağ da, Avey ;

Biz Vətən qoruyuruq

Quruda, suda, göydə!

 

Uğurlu təlim, sınaq,

Bürkü, külək, qar olur,

Fəqət ürəyimizdə

Qışda da bahar olur;

Casus, xəbis, riyakar

Yaxalanıb xar olur.

Canımızdan əzizdir

Quru da, su da, göy ;

Biz Vətən qoruyuruq

Quruda, suda, göydə!

 





15.08.2014    çap et  çap et