525.Az

AYB kitab çapı və online satışla bağlı yeni layihə həyata keçirəcək


 

AYB kitab çapı və online satışla bağlı yeni layihə həyata keçirəcək<b style="color:red"></b> Azərbaycan Yazıçılar Birliyi (AYB) kitab çapı və online satışla  bağlı yeni layihəyə start verəcək.

525.az-ın verdiyi məlumata görə, yeni layihədə kitabların “AYB Kitab” loqosu altında nəşri nəzərdə tutulub: “Bundan başqa, layihə ilə bağlı bütün yenilikləri özündə əks etdirən AYBkitab.az saytı da yaradılacaq. Sayt kitabların çapı və online satışla bağlı bütün məsələləri özündə əhatə edəcək”.
 
Vahid loqo altında çap ediləcək kitablar istedadlı və ədəbi mühitdə aktiv olan bütün yazarları əhatə edəcək:

“Nəzərdə tutmuşuq ki, gələcəkdə dünya ədəbiyyatından da kitablar çap edək. Amma əlbəttə, layihənin əsas məqsədi müasir Azərbaycan ədəbiyyatını təbliğ etmək, yazıçı və şairlərə mənəvi dəstək verməkdir. Bir neçə böyük nəşriyyatla müqavilə imzalanacaq və kitab satışının gəlirindən müəlliflərə qonorar da ödəniləcək”.
 
 





14.08.2014    çap et  çap et