525.Az

İlham Əliyev beninli həmkarını təbrik edib


 

İlham Əliyev beninli həmkarını təbrik edib<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev Benin Respublikasının prezidenti Boni Yayini ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
 
525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, dövlət başçısının məktubunda deyilir:
 
“Hörmətli cənab prezident, Benin Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm. Ümidvaram ki, ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün birgə səylərimizi davam etdirəcəyik. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Benin xalqına sülh və rifah arzulayıram”.
 





31.07.2014    çap et  çap et