525.Az

Prezident isveçrəli həmkarını təbrik edib


 

Prezident isveçrəli həmkarını təbrik edib<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev isveçrəli həmkarı Didye Burkhalteri ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
 

525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, dövlət başçısının məktubunda deyilir:
 
“Hörmətli cənab prezident, ölkənizin milli bayramı – Konfederasiyanın yaranması günü münasibətilə sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Bu gün Azərbaycan-İsveçrə münasibətləri dinamik şəkildə inkişaf edərək yeni məzmun kəsb edib. İnanıram ki, dostluq əlaqələrimizin möhkəmlənməsi, qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın dərinləşməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Bu əlamətdar gündə sizə ən xoş arzularımı yetirir, dost İsveçrə xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.
 





31.07.2014    çap et  çap et