525.Az

İspaniya və Yunanıstan öz diplomatlarını Liviyadan təxliyə edəcək


 

İspaniya və Yunanıstan öz diplomatlarını Liviyadan təxliyə edəcək<b style="color:red"></b> İspaniya hökuməti Liviyadakı diplomatların təxliyəsi barədə qərar qəbul edib.
 

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, buna səbəb Liviyada vəziyyətin pisləşməsi və hökumət qüvvələri ilə silahlı islamçı qruplaşmalar arasında qarşıdurmaların çoxalmasıdır.
 
Yunanıstan isə bu gün Liviya sahillərinə “Salamis” freqatını göndərib. Məqsəd səfirlik işçilərini və bu ölkədə yaşayan Yunanıstan vətəndaşlarını təxliyə etməkdir. Freqatda xüsusi təyinatlı dəstənin olduğu bildirilir.
 





31.07.2014    çap et  çap et