525.Az

UEFA-dan “Qarabağ”la bağlı bir gündə ikinci manşet


 

UEFA-dan “Qarabağ”la bağlı bir gündə ikinci manşet<b style="color:red"></b>

Çempionlar Liqasının üçüncü mərhələsinin ilk oyununda Avstriyanın “Zalsburq” klubunu 2:1 hesabı ilə məğlub edən “Qarabağ”a UEFA tərəfindən maraq artmaqdadır.

Qol.Az-ın xəbərinə görə, qitənin ali bu gün “Qarabağ” klubu ilə bağlı növbəti ikinci yazını hazırlayıb və əvvəlki kimi onu da saytın baş məqaləsi kimi təqdim edib.

“UEFA soruşur: “Qarabağ” kimdir?” adlı yazıda Ağdam klubunun tarixi haqda məlumat verilib, “qaçqın komanda” kimi faəliyyət göstərdiyi bildirilib. Eyni zamanda “Qarabağ”ın Avropa Liqasında üç dəfə pley-off mərhələsinə qədər gəldiyi bildirilib.

Yazıda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun uğurlu faəliyyət göstəridiyi də vurğulanıb.

Həmçinin “Qarabağ”ın braziliyalı legionerlərinin oyununa toxunulub. UEFA “Qarabağ”ın “Barselona” kimi oynadığı da diqqət çəkib, Azərbaycanda bu komandaya “Qafqazın “Barselona”sı deyildiyini yazıb.

Xatırladaq ki, UEFA-nın saytı bu gün səhər də “Qarabağ”ın “Zalsburq” üzərindəki qələbəsini manşet yazısı kimi verib.

 





31.07.2014    çap et  çap et