525.Az

Dini Komitədə yeni təyinat


 

Dini Komitədə yeni təyinat<b style="color:red"></b> Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni təyinat həyata keçirilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, Komitəyə yeni sədr təyin edilən Mübariz Qurbanlı DQİDK sədrinin köməkçisi  Daşqın Rəcəblini vəzifəsindən azad edib. Onun yerinə isə 28 yaşlı Amid Cavadovu təyin edib.
 
Qeyd edək ki, M. Qurbanlı prezidentin 21 iyul 2014-cü il tarixli sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunub. Onun komitədə işdən azad etdiyi ilk şəxs isə köməkçisi oldu.
 





31.07.2014    çap et  çap et