525.Az

Ukrayna hərbi xərcləri artırıb


 

Ukrayna hərbi xərcləri artırıb<b style="color:red"></b> Ali Rada hərbi xərcləri artırmaq məqsədi ilə dövlət büdcəsinə dəyişiklik edib.
 
APA-nın UNIAN-a istinadən verdiyi məlumata görə, ordu xərclərini 1,3 milyard dollara çatdırmağa çalışan baş nazir Arseniy Yatsenyukun təklif etdiyi qanun layihəsi parlamentdə səs çoxluğu ilə qəbul edilib.
 
Dövlət büdcəsi və “Vergi haqqında” qanuna edilən dəyişikliklərə görə, Ukrayna hökuməti separatçılarla mübarizəyə daha çox vəsait cəlb etmək imkanı qazanacaq.
 
Büdcənin təsdiqindən sonra çıxış edən Ukrayna prezidenti Pyotr Poroşenko bildirib ki, Ukrayna antiterror əməliyyatına hər gün 5,8 milyon dollar pul xərcləyir: “Ordunun maliyyələşməsi əsas məsələlərdən biridir. Bu gün qəbul edilən dəyişikliklər çox vacib addım olub”.
 





31.07.2014    çap et  çap et