525.Az

“Facebook"-un "ölüm" xəbəri həddən artıq şişirdilmiş məlumatdır”


 

“Facebook"-un "ölüm" xəbəri həddən artıq şişirdilmiş məlumatdır”<b style="color:red"></b>

Son zamanlar whatsapp, instagram kimi sosial internet vasitələrinin artdığı bir dövrdə facebook-un “köhnəldiyinə” dair fikirlər yaranıb.

Modern.az-a danışan , Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüzə isə bu fikirlərlə razılaşmır: “Bütün sosial vasitələrin hər birinin hal-hazırda öz funksiyaları, imkanları , istifadəçiləri var. Azərbaycanda facebook müqayisə olunmayacaq dərəcədə başqalarından üstündür. Facebook istifadəçilərinin sayı 1,5 milyondan çoxdur. İnsanların böyük əksəriyyəti facebook üzərindən informasiya münasibətləri qururlar, informasiya əldə edirlər. Hətta dövlət qurumları vətəndaşlarla münasibət qurmaq üçün facebook-dan istifadə edirlər.”.

Online media eksperti gələcəkdə facebook-un sıradan çıxmasının qeyri-mümkün olduğunu deyir: “Düşünmürəm ki, whatsapp və digərləri facebook-da olan imkanlara malikdir.

Məncə gələcəkdə də facebook öz statusunu qoruyub saxlaya biləcək. Çünki, hələlik bundan yaxşısı ortaya qoyulmayıb. Buna cəhdlər olub. Həm bizim özümüzün milli sosial şəbəkəmizi yaratmağa, həm də dünyada da belə cəhdlər olub. Amma düşünürəm ki, yaxın gələcək üçün bu cür imkanlara malik, bu cür populyar sosial şəbəkə yaratmaq bir az çətin olar, çünki artıq bunlar formalaşıb. Bunun üzərində milyonlarla insan çalışır. Yaxın gələcək üçün ola bilər ani mesajlaşma proqramları başqası ola bilər. Ani mesajlaşma whatsappda var.

İndi də teleqram çıxır. Amma facebook-un mesajlaşmada, video yükləməkdə və s.-də çoxsaylı imkanlar var. Gələcəkdə təhlükəsizliklə bağlı məqamlar hansında güclüdürsə, paylaşmaq, informasiya münasibətləri qurmaq, çoxsaylı üzvləri cəlbetmək imkanları hansında güclüdürsə, onlar bazarda qalacaq bazarda. Hələlik facebook-da bu imkanlar güclüdür, ona görə də, bazarda bu hələ uzun müddət qalacaq”. 

 





31.07.2014    çap et  çap et