525.Az

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçiminin müddəti uzadılıb


 

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçiminin müddəti uzadılıb<b style="color:red"></b>

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidentura səviyyəsinə qəbul imtahanında iştirak etmiş namizədlərə müraciət edib.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müraciətdə bildirilib ki, rezidenturaya qəbul olmaq üçün ixtisas seçiminin müddəti avqustun 4-ü saat 09:00-a qədər uzadılıb. Namizədlər müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları seçib təsdiq etməlidirlər.
 
Qeyd edək ki, əvvəldən təyin edilən vaxta əsasən rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi iyulun 30-dan (saat 10:00-dan) avqustun 1-dək (saat 23:59-dək) aparılacaqdır. Bu il rezidenturaya qəbul imtahanının nəticələrinə əsasən, 818 namizəd müsabiqə şərtini (50 və daha yüksək bal) ödəyərək ixtisas seçiminə buraxılıb.

 





31.07.2014    çap et  çap et