525.Az

Bakıda özünü körpüdən atmaq istəyən şəxs xilas edilib - Yenilənib


 

Bakıda özünü körpüdən atmaq istəyən şəxs xilas edilib - <b style="color:red">Yenilənib</b>

Bakıda özünü körpüdən atmaq istəyən şəxs fikrindən daşındırılıb.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin hadisə yerinə cəlb olunan xilasedicilərinin intihar məqsədi ilə körpüyə qalxan Yusif Əmirovla apardıqları danışıqlar nəticə verib.
 
Y. Əmirov intihardan etmək fikrindən daşınıb və xilasedicilər tərəfindən körpüdən endirilib.
 
Faktla bağlı araşdırma aparılır.

*** 16:06

Bakıda özünü körpüdən atmaq istəyən şəxsin kimliyi müəyyənləşib.
 
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, intihar məqsədi ilə körpüyə çıxan şəxs, əslən Qərbi Azərbaycandan olan, 62 yaşlı Yusif Abbas oğlu Əmirovdur.
 
 
O, günahsız yerə 14 il həbsdə yatdığını və azadlığa çıxandan sonra ona qarşı başlanmış cinayət işinin yenilənməsinə etiraz olaraq bu addımı atdığını qeyd edib.
 
Y. Əmirov körpüyə qalxanda özü ilə benzin də götürüb. O, körpünün üstündə özünə od vuracağını deyir.
 
Hazırda intihar etmək istəyən şəxslə danışıqlar davam etdirilir.

*** 15:25

Bakıda kişi intihara cəhd edir.

APA-nın məlumatına görə, metronun “Koroğlu” stansiyası yaxınlığında 20-30 yaşlarında kişi intihar etmək məqsədilə körpüyə çıxıb.
 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.
 
Hazırda intihar etmək istəyən şəxsi fikrindən daşındırmaq üçün danışıqlar aparılır.

 





31.07.2014    çap et  çap et